Rəqib izləmə
Məhsulu satan rəqibləri, ən ucuz qiyməti və sıralamadakı yerinizi görün.
Ayrobot rəqiblərinizin qiymətlərini gecə-gündüz izləyir və sizin qiymətinizi təyin etdiyiniz limitlər daxilində avtomatik tənzimləyir. Rəqabətdə üstünlüyü botunuzla qazanın!
Tarifə uyğun olaraq Ayrobot bütün məhsullarınızı neçə dəqiqədən bir yeniləyəcəyini və rəqiblərinizdən nə qədər tez önə çıxacağınızı göstərir.
Birmarket satıcısının gündəlik işini bir paneldə toplayırıq
Məhsulu satan rəqibləri, ən ucuz qiyməti və sıralamadakı yerinizi görün.
Rəqib qiymətləri dəyişdikcə bot qiymətinizi avtomatik tənzimləyir və məhsulunuzu önə çıxarır.
Minimum və maksimum qiyməti siz təyin edin, Ayrobot qiymətinizi bu aralıqda 7/24 idarə etsin.
Məhsullarınız sistemə avtomatik ötürülür və qiymətləri daim nəzarətdə saxlanılır.
Qiymət tarixçəsində nə vaxt, hansı rəqibə görə və hansı qiymətin dəyişdiyini görün.
Yarışmaq istəmədiyiniz rəqibləri siyahıya əlavə edin, bot onları nəzərə almasın.
Yeni sifarişləri görün və kargo etiketini birbaşa paneldən çap edin. Pro-da sifarişləri buradan təsdiqləyin.
Sifarişlər, qiymət dəyişiklikləri və abunə yeniliklərindən WhatsApp-da xəbərdar olun.
İstənilən məhsulda qiyməti dərhal ən ucuz rəqibdən bir addım aşağı salın.
Heç bir proqram quraşdırmadan, birbaşa brauzerdə işləyir
Birmarket satıcı hesabınızın giriş məlumatlarını yazın. Mağazanız avtomatik tapılır və məhsullar gətirilir.
Alt və üst limitləri seçin, bot qiyməti avtomatik bu aralıqda tənzimləsin.
Əvvəl sınaq rejimində nəticələri yoxlayın, sonra canlı rejimə keçin və qiymətləri 7/24 Ayrobot idarə etsin.
Məhsullarınızı, qiymətlərinizi, sifarişlərinizi və nəticələrinizi bir paneldən izləyin
Daha yüksək tariflə daha yüksək yoxlama sürəti və əlavə imkanlar əldə edəcəksiniz
Birmarket satıcıları üçün qiymət botudur. Rəqiblərin təkliflərini izləyir və sizin qiymətinizi qaydalarınıza uyğun avtomatik dəyişir.
Qeydiyyat zamanı Birmarket satıcı panelindəki istifadəçi adı və şifrənizi daxil edin. Bot mağazanıza avtomatik qoşulur və şifrənizi təhlükəsiz şəkildə saxlayır.
Bot qiyməti yalnız sizin təyin etdiyiniz minimum limitə qədər aşağı sala bilər. Rəqib daha ucuz qiymət təklif etsə belə, bot müəyyən etdiyiniz minimum həddən aşağı düşmür.
Bot rəqiblərin qiymətlərini izləyir və məhsulunuzu ən uyğun qiymətdə saxlayır. Rəqib olmadıqda isə qiyməti növbəti rəqibə qədər və ya təyin etdiyiniz maksimum limitə qədər qaldırır.
Bu rejimdə bot qiyməti dəyişmir, yalnız nə edəcəyini göstərir. Nəticələri görüb əmin olandan sonra canlı rejimə keçirsiniz.
Tariflər yoxlama sürəti və təqdim olunan imkanlara görə fərqlənir. Məsələn, 1x tarifdə 1000 məhsul təxminən 1 saat 23 dəqiqəyə, 20x tarifdə isə 4 dəqiqəyə yoxlanılır. 1x və 2x Sadə tariflərdir; 3x və yuxarı Pro tariflərdə rəqib analitikası, sifarişlərin təsdiqi, məhsul əlavə etmə, WhatsApp bildirişləri və prioritet canlı dəstək var.
Pro tariflərdə canlı dəstəyə yazdığınız sorğulara ilk növbədə baxılır. Sadə tariflərdə də canlı dəstək var, sorğular növbə ilə cavablandırılır.
Ödənişi kart vasitəsilə aylıq abunə formasında edə bilərsiniz. Abunəliyinizi istənilən vaxt paneldən dayandıra bilərsiniz.
Qeydiyyatdan sonra Ayrobotu 2 gün pulsuz sınaqdan keçirə bilərsiniz.
Qeydiyyatdan keçin, 2 gün pulsuz sınayın və qiymət idarəetməsini bota həvalə edin.